Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-04-2024 , 22:08

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Son beş ildə əmlak vergisinin həcmini 67 faiz artırmışıq”

Bələdiyyələri ziyarətim davam edir. Bu dəfə Nardaran və Maştağa  bələdiyyələrinin inzibati binalarında oldum. Nardaran bələdiyyəsinin inzibati binasında ilk dəfə idiki olurdum. Müasir üslubda inşa edilən binada bir nəfər yeni təyin edilən işçi ilə bir xeyli söhbətim oldu. Sədr və işçilər tam heyətlə  qəsəbədə icra başçısının  keçirdiyi səyyar görüşdə öldugundan, Maştağa Bələdiyyəsinə üz tutdum.

Maştağa Bələdiyyəsində isə həyat qaynayırdı. Hər kəs iş başında idi. Sədr Mikayıl Məmmədovla maraqlı söhbətim oldu. Söhbət zamanı 20-ə yaxın qəsəbə sakini sədrin kabinetinə daxil oldu. Problemləri küçələrinə asfalt salınmasıyla bağlı idi. Sədrlə birgə mən də söhbətə qoşulası oldum.

Hər halda sakinlər kabinetə müəyyən mənada əsəbi formada  daxil olsalar da, burada söhbət zamanı tam sakitləşdilər. Elə başa düşüldü ki, öz tanıdıqları quruma ərk edib gəliblər. Sakinlərlə söhbətimdə məlum oldu ki, bu tərkibdə onlar bundan əvvəl qəsəbə icra nümayəndəliyində olublarmış. Nümayəndəliyin hansısa rəsmisinin hansısa ifadəsi sakinləri az qala çərçivədən çıxarıbmış. Hər halda görüşdə belə dedilər.

Görüş zamanı sakinlər bildirdilər ki, ötən il bu məsələ ilə bağlı müraciət zamanı bələdiyyə 2.500 manat maddi dəstək göstəribmiş.

 Belə başa düşüldü ki, sakinlərin ərazidə inşa etdirdikləri mənzillərə hər bir kommunal sahə xidmət göstərir. Hətta bələdiyyədən müəyyən razılıqlarını da ifadə etdilər.

Sədr Mikayıl Məmmədov sakinləri dinlədikdən sonra problemin həliyylə bağlı bələdiyyənin işçi heyətinin əraziyə baxış keçirəcəyini və tez bir zaman kəsiyində qaldırılan məsələnin həllinə bir daha dəstək veriləcəyini bildirdi.

Sakinlər isə bunun qarışılığında bələdiyyə vergilərini vaxtında ödəməyi, hətta könüllü şəkildə ianə edəcəkləri bildirdilər.

Həqiqətən etiraf edim ki, bəlkə arada sədrin təmkin nümayiş etdirməsi, sakinlərə ürəklərini boşaltmaq  üçün imkan verməsi nəticədə yarana biləcək incikliyin və narazılığın şişməsinin qarşısını almış oldu.

 Beləliklə, Maştağa Bələdiyyəsinin sədri  Mikayıl Məmmədovla söhbətə başlayıram.

***

Sədr ilk olaraq yenilənmiş BAMS proqramının əhəmiyyətindən, bələdiyyəyə verdiyi xeyrdən danışdı. Ötən il ərzində bələdiyyənin 20 min manatlıq dotasiya ilə bərabər 410 min manat büdcə gəlirinin olduğunu dilə gətirdi. Əldə olunan rəqəmin 97.717 manatı torpaq vergisindən, 237.479 manatı əmlak vergisindən, 23.038 manatı icarə haqqlarından, 24.335 manatı sahibkarlıq subyektlərindən, 7.500 manatı isə digər istiqamətlərdən daxil olub.     

Sədr onu da əlavə etdi ki, 2019-cu illə müqayisədə əmlak vergisdinin həcmi 67 faiz artıb. Belə ki, 2019-cu ildə 290 min manat büdcə gəlirinin 161.386 manatı əmlak vergisindən daxil olmuşdu.  Ötən il isə bu rəqəm 237.479 manat olub.

Ötən ilin sonlarından Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi, milli bələdiyyə assosiasiyalanın təşkilatçılığı ilə BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bizim büdcə gəlirlərimizə öz müsbət təsirini göstərməkdədir. Belə ki, ötən ilin ilk on bir ayında ayı ərzində ortalama  28 min manat əldə olunurdusa dekabr ayında büdcə gəliri 51.600 manata çatıb.

Cari ilin ilk üç ayı ərzində artım müşahidə edilməkdədir. Yanvar ayında  32.000, fevral ayında 39.000 və mart ayında isə 38.000 manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrüylə müqayisədə 17.500 manat artıq deməkdir. Məhz artımın ilin sonunadək davam edəcəyini gözləyirik.   

Yenilənmiş BAMS proqramında bələdiyyənin məlumat sisteminə aid məlumatların yerləşdirilməsi sürətlə davam edir.

Sədr qeyd edib ki, ərazidə 10 minə yaxın vergi ödəyicimizdən hələ ki 2.300 sistemə daxil edilib. BAMS-ın verdiyi imkandan yararlanaraq artıq cari ilin sonunadək digər vergi ödəyiciləri barəsində məlumatların yerləşdirilməsi üzərində iş aparılır.

Bələdiyyənin üzləşdiyi problemlərdən ən əsası isə  ərazidəki evlərin 70 faizədk hissəsinin sənədinin olmamasıdır.

Bununla yanaşı İcra və probasiya şöbəsinə ünvanladığmız müraciətlərin hələ də icra olunmaması təəssüf hissi doğurur. 15-dək tərtib edilmiş akta görə bələdiyyə büdcəsinə 43.000 manat vəsait daxil olmalı idi. Lakin icra şöbəsinə müraciətimiz hələ ki cavabsız qalıb. Və borclu vətəndaşlardan alacağımız vəsait havadan sanki asılı qalıb.  

Bu gün bizim əsas məqsədimiz seçicilərimizin xidmətində layiqincə  dayanmaqdır. Əldə etdiyimiz vəsaitlə hər bir müraciət edən sakinimizin qaldırdığı problemin həllinə çalışırıq. Hər bir vətəndaşımızı Maştağa Bələdiyyəsindən razılıq hissiylə ayrılmasını istərdik.

***

Ziyarətimiz davam edir. Hər halda sədr yerində olanda sakində bələdiyyənin üstünə qaçır və vergiləri də ödəyir.  Hər kəsə uğurlar.

Vüqar Tofiqli

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər